Redaktor seçimi
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
Günün xəbəri

BQXK -əsir götürülən erməni diversantla əlaqədar danışıqlara başlayıb

BQXK əsir götürülən erməni diversantla əlaqədar danışıqlara başlayıb

“Beynəlxalq Qızıl Xaç Komitəsi hər iki tərəfin müvafiq qurumları ilə bu məsələ ilə bağlı əlaqədədir. Hazırda bu məsələ ilə bağlı dialoq gedir”.

Yenixeber.org: Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi barədə danışarkən bildirib.

“Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, bu şəxslərə olan rəftarı və onların saxlanma şəraitinə monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamağa köməklik göstərir”, - İ.Hüseynova əlavə edib.

Xatırladaq ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam