Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Ermənistan MN kəşfiyyatçısının əsir düşdüyünü təsdiqlədi

 Ermənistan Müdafiə Nazirliyi kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın əsir düşdüyünü təsdiqləyib.

 Yenixeber.org: Bu barədə nazirliyin sözçüsü Artsrun Ovannisyan danışıb.

Onun sözlərinə görə, əsir götürülmüş şəxs Ermənistan vətəndaşıdır və Tavuş vilayətinin Berdavan kəndinin sakinidir. Ermənistanın Müdafiə naziri David Tonoyan Kazaryanın qaytarılması ilə bağlı artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. Təşkilata Karen Kazaryanın sağlamlığında problemlər olması barədə məlumat verilib.

Xatırladaq ki, iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam