Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tacikistan-Qırğızıstan sərhədində vəziyyət yenidən gərginləşib -VİDEO

Tacikistan hərbçiləri əvvəlcədən əldə edilən razılaşmanı pozaraq iyunun 4-də səhər saatlarında Qırğızıstan sərhədinin 1 km dərinliyinə daxil olub və Oş vilayətinin Çon-Alay rayonunun “Unju-Bulak” dövlət sərhəd məntəqəsində konteyner yerləşdiriblər.

Yenixeber.org: Bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb.

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin rəisi general-leytenant Kamçıbek Taşiyev, sərhədyanı məsələlər üzrə məsul şəxs Nazirbek Borubayev və Torpaq Fondu Dövlət Agentliyinin direktoru Abdulat Mırzayev hadisə yerinə gediblər.

Rəsmi Bişkek Düşənbəni dövlət sərhədinin delimitasiya və demarkasiyası məsələlər üzrə razılaşmanı pozmaqda ittiham edir.

Son məlumatlara görə, yerli vaxtla səhər saat 6-da Tacikistan tərəfi konteynerin yerini dəyişdirib və onu “Unju-Bulak” dövlət sərhəd məntəqəsinin 600 metrliyində qurub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam