Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Perunun dövlət binaları -Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Perunun dövlət binaları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünün qeyd olunması şərəfinə Peru Konqresinin binası və paytaxt Lima şəhərinin əsas tarixi rayonu hesab olunan Miraflores bələdiyyəsinin binası Azərbaycan milli bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenixeber.org: Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, bu münasibətlə Konqresdəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Gilyermo Aliaqa Paxares və Perudakı nümayəndəliyimizin əməkdaşının iştirakı ilə Konqres binasının qarşısında mərasim keçirilib.

Mərasimdə perulu millət vəkili AXC-nin qurulmasının 103-cü ildönümü münasibətilə ölkəmizi təbrik edib və belə tədbirlərin Peru ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Azərbaycanlı diplomat ölkəmiz üçün olduqca əlamətdar tarix olan Respublika Gününün qeyd edilməsi məqsədilə Peru tərəfinin vacib dövlət binalarını üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırması addımına görə təşəkkür edib, habelə ölkə Konqresi tərəfindən qəbul edilmiş təbrik bəyanatına görə minnətdarlığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam