Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Peruda -Azərbaycanla bağlı bəyannamə qəbul edilib

Peruda Azərbaycanla bağlı bəyannamə qəbul edilib
Peru Konqresində Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə bəyannamə qəbul edilib. 
Yenixeber.org: Azərbaycanın Perudakı səfirliyindən verilən məlumata görə, sənəd Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşəbbüsü ilə Peru Konqresinin birinci vitse-spikeri Leyla Çihuan Ramos tərəfindən imzalanıb. 

Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşları bərabər siyasi hüquqlarla təmin edən Şərqin ilk demokratik respublika olduğu vurğulanıb: "Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar". 

Sənəddə bildirilib ki, bütün dünya azərbaycanlıları mayın 28-ni Azərbaycanın milli bayramı kimi qeyd edirlər və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar. 

Bəyannamədə iki ölkə arasında diplomatik münasibətlərin 1996-cı ildən qurulması və Peru üçün Azərbaycanın mühüm tərəfdaş olduğu qeyd edilib: "2015-ci ildə Peruda Azərbaycan Respublikasının və 2017-ci ildə Azərbaycanda Peru Respublikasının səfirlikləri açılıb. Bu da iki ölkə arasında daha sıx dostluq əlaqələrinin yaranmasına, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etməsinə təsir göstərib". 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam