Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Peru Konqresi - Azərbaycanla bağlı bəyanat qəbul edib

Peru Konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib
Mayın 28-də Peru Konqresi sədrinin ikinci müavini Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında bu qanunvericilik orqanında Respublika günü münasibətilə ölkəmizə ünvanlanan təbrik bəyanatı qəbul edilib.
Yenixeber.org: Azərbaycanın Peru Respublikasındakı diplomatik nümayəndəliyindən verilən məlumata görə, bəyanatda 1918-ci ilin 28 may tarixində yaradılmış AXC-nin Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda ilk parlamentli respublika olduğu qeyd olunur və bu əlamətdar günün xalqımız üçün önəmi vurğulanır.

Ardınca Perunun ölkəmizlə sıx dostluq əlaqələrinin olduğu bildirilir, Azərbaycan xalqına və ölkə rəhbərliyinə demokratiyanın möhkəmləndirilməsi yolunda gördüyü işlərə görə ehtiram ifadə edilir.

Sonda AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi adından ölkəmizə təbrik ifadə olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam