Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Virusun Çindəki laboratoriyadan sızması inandırıcıdır" -“The Washington Post”

Dünyada 3 milyondan çox insanın həyatına son qoymuş koronavirusun mənşəyi hələ də sirr olaraq qalır. Ancaq son aylar virusun Vuhan Virusologiya İnstitutundan (VVİ) sızması versiyası yenidən gündəmə gəlib, onun mümkünlüyünə dair fikirlər səslənib. 

Yenixeber.org: Halbuki vaxtilə bu versiyanı gülünc konspirologiya sayanlar vardı. “The Washington Post” qəzetində sözügedən ehtimal ətrafında baş verənlərin xronologiyası təqdim olunub.

Müəllif Qlen Kesler yazıb ki, əvvəla, virusun təbii mənşəyini aşkarlamaq cəhdləri alınmayıb. İkincisi, ilkin dönəmdə laboratoriyadan sızma versiyası virusun biosilah kimi yaradılması spekulyasiyası ilə qarışırdı. Buna görə də alimlər asanlıqla laboratoriya versiyasını kənara qoyurdular. Amma Çin tərəfdən şəffaflığın olmaması, Vuhandakı laboratoriyaya diqqətin artması bəzi alimləri bu versiyanı çıxdaş etməkdə tələsdiklərini dilə gətirməyə vadar edib.

Vaxtilə Senator Tom Koton Vuhandakı laboratoriyanı göstərərək Çindən cavab tələb edirdi. 

“O haqlı çıxarsa, adı tarix kitablarına düşəcək”, – müəllif yazır. 

Tramp administrasiyası laboratoriya ssenarisini üzə çıxarmağa çalışsa da yalnız ümumi, o qədər də aydın olmayan kəşfiyyata istinad edirdi. Digər tərəfdən, Tramp administrasiyasının mesajı arxasında antiçin ritorikası dayanırdı.

Laboratoriyadan sızma versiyası ilə bağlı ən son hadisə 18 tanınmış alimin “Science” jurnalına məktubu oldu. Onların fikrincə, yeni araşdırma lazımdır, çünki həm laboratoriyadan təsadüfi sızma, həm də heyvanlar vasitəsilə yayılma versiyaları ağlabatandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam