Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Virusların saxlanıldığı soyuducular açıqlandı- FOTOLAR


 Koronavirus da daxil olmaqla 1500 müxtəlif virusun Uhan Virologiya İnstitutuna aid bir soyuducuda qorunub saxlanıldığını göstərən görüntülər yayımlanıb.

Yenixeber.org: Sözügedən görüntülərin 2018-ci ildə Çin Xəbər Agentliyi tərəfindən Twitter-də paylaşıldığı, daha sonra isə silindiyi bildirilib. Yeni tip koronavirusun Uhan Şəhərindəki Virologiya İnstitutunda yaradıldığı yönündə şaiələrin gücləndiyi ərəfədə bu görüntülər şübhələri daha da artırıb.
Görüntülərdə virusların saxlanıdığı bir soyuducunun bir qapısının nasaz olması da diqqətdən yayınmayıb. Həmçinin qeyd olunub ki, laboratoriya hazırda epidemiyanın mənşəyi hesab edilən və vəhşi heyvanların alınıb satıldığı bazardan bir neçə kilometrlik məsafədə yerləşir.



ABŞ-ın "CNN" telekanalında verilən açıqlamaya görə, ABŞ kəşfiyyatı dünyada yüz minlərlə insanın ölümünə səbəb olan yeni tip koronavirusun Uhanda bir virusologiya laboratoriyasından yayılması barədə iddiaları araşdırdığını bildirilib.
"Washington Post" qəzetinin verdiyi məlumata görə, 2018-ci ilin yanvar ayında Uhan Virusologiya İnstitutunu ziyarət edən iki səfirlik işçisi tərəfindən Xarici İşlər Nazirliyinə verilən xəbərdarlıqda laboratoriyanın təhlükəsizlik tədbirlərinin yetərli olmadığı və burada görülən işlərin SARS kimi yeni bir epidemiyanın başlamasına səbəb ola biləcəyi bildirilib.



Çinin Xarici İşlər nazirliyinin sözçüsü Zhao Lijian isə sözügedən iddiaları təkzib edib və bu iddiaların heç bir elmi əsasının olmadığını vurğulayıb. Koronavirusun mənbəyi və yayılmasının elmi mövzu olduğunu bildirən edən Zhao Lijian, bu məsələnin elm adamları və səhiyyə işçiləri tərəfindən araşdırılmalı olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam