Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

İsrail hökuməti Qəzza sektoru perimetri boyunca yolları açdı

 

İsrail hakimiyyəti HƏMAS təşkilatı ilə atəşkəs razılaşmasından sonra Qəzza sektoru perimetri boyunca avtomobil yollarında məhdudiyyətləri aradan qaldırmaq barədə göstəriş verib.

Yenixeber.org: Bu gün səhər saatlarından sərhədyanı yaşayış məntəqələri arasındakı yollar hər iki tərəfə açılıb. Bir müddət öncə polis hərəkət edən avtomobillərin atəş altına düşməməsi üçün sərhədyanı yolları bağlamışdı.

İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Hiday Zilberman atəşkəs rejiminin qüvvəyə mindiyi gecə saat 02:00-dan bəri İsrailə raket zərbələri endirilmədiyini bildirib. Onun sözlərinə görə, ordu rəhbərliyi yaxın zamanda vəziyyəti təhlil edəcək və raket hücumları səbəbindən ölkədə tətbiq olunan digər məhdudiyyətlərin aradan qaldırılmasının lazım olub-olmadığı ilə bağlı qərar verəcək. General, həmçinin Qəzza sektoru sərhədinə cəmlənən ordu hissələrinin əksəriyyətinin hələ də orada qaldığını deyib.

Xatırladaq ki, Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında silahlı qarşıdurma on gündən çox davam edib. Mayın 21-i yerli vaxtla gecə saat 02:00-da İsraillə Qəzza sektorunda yerləşən qruplar arasında atəşkəs rejimi qüvvəyə minib. Atəşkəs Misirin aktiv vasitəçiliyi ilə əldə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam