Dünya Bankı Azərbaycanda yolların inkişafı üzrə layihəyə 65 milyon dollar məbləğində kredit ayırıb.

Yenixeber.org: Bu barədə Dünya Bankı məlumat verir.

Qeyd olunur ki, bankın Direktorlar Şurası mayın 20-də "Regional əlaqələrin inkişafı" adlı yol layihəsini müzakirə edib.

Dünya Bankının Azərbaycanda regional meneceri Sara Mayk bildirib ki, bu layihə Azərbaycana milli inkişaf prioritetlərinə çatmağa kömək edəcək.