Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sara Maykl -“Azərbaycanda bank islahatlarına dəstək verməyə hazırıq”

Sara Maykl: “Azərbaycanda bank islahatlarına dəstək verməyə hazırıq”

“Hazırda Azərbaycanın milli valyutası sabitdir və ötənilki qarışıqlığı [neftin qiymətinin ucuzlaşması valyuta bazarında təzyiqin güclənməsinə gətirib çıxardı] nəzərə alsaq bunun təqdirəlayiq hal olduğunu deyə bilərik”.

Yenixeber.org: Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) Azərbaycan milli valyutası olan manatın və bank sektorunun real vəziyyətini şərh edərkən deyib.

S.Mayklın sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda aparılan islahatlara dəstək verməyə hazırdır:

“Düşünürəm ki, ötən il bankların kredit portfellərinin həcmində azalmalar baş verib və hökumət problemli kreditlərlə bağlı məsələləri həll etmək üçün bir sıra addımlar atıb.

Depozitlərlə bağlı müəyyən çətinliklər mövcuddur və düşünürəm ki, hökumət bank sektorunu gücləndirmək üçün doğru addımlar atır. Dünya Bankının hər ay yenilənən iqtisadi proqnozlarında həm də bu sektorda baş verənlərlə bağlı rəsmi mövqeyimiz yer alır.

Artıq hökumətin bank sektorunda həyata keçirmək istədiyi islahatlarla bağlı əsas diqqətdə saxladığı məsələləri açıqladığını hesab edirəm. Dünya Bankı olaraq biz Azərbaycana bu sahədə də dəstək göstərməyə və sektoru analiz etməyə hazırıq.

Biz həmçinin Beynəlxalq Valyuta Fondundan (IMF) olan həmkarlarımızla birgə FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini aparırıq [2013-çü ildən] və bura bank sektorunun da bəzi aspektləri daxildir.

Beləliklə bu, dövlətin bank sektorunda mövcud olan bəzi problemlərin həlli üçün vastələrdən biri ola bilər”.

Qeyd edək ki, hazırda Azərbaycanda 26 kommersiya bankı mövcuddur. Ötən il 4 bankın ("AGBank", "Amrahbank", "AtaBank" və "NBCBank" ASC-lər) lisenziyası ləğv edilib. 2020-ci ildə bankların aktivlərinin həcmi 2,5 %, depozitlərin həcmi %, fiziki şəxslərin əmanətləri isə 6,5 % artıb. Sektorun cəmi kapitalı isə 2020-ci il ərində 2,5 % artıb. Ölkədə fəaliyyət göstərən bankların əldə etdiyi cəmi mənfəəti 567,8 mln manat təşkil edib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam