Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək –Şərtlər AÇIQLANDI – VİDEO

Həssas əhali qrupuna aid edilən ailələrin üzvü sayılan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.

Yenixeber.org: Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, e-telebe.edu.az elektron portalı vasitəsi ilə həmin kateqoriyaya daxil olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciətlərin qəbulu mayın 19-dan yenidən aktivləşdiriləcək.

Cəsarət Valehov vurğuladı ki, Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq, sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərindən azad olmaq üçün e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər. Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi yalnız əyani şəkildə təhsil alan tələbələrə şamil edilir.

2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri üçün elektron portala müraciət etməyə ehtiyac yoxdur.

Həmin tələbələrin payız semestri üçün sistemdəki müraciətləri əsas götürüləcək. Onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.

Qeyd edək ki, bununla bağlı müraciət iyunun 7-nə kimi davam edəcək. Xatırladaq ki, indiyə kimi 30 mindən çox tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam