Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İmkansız tələbələrin qeydiyyatı -yekunlaşır

İmkansız tələbələrin qeydiyyatı yekunlaşır
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir.
Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, proses iyunun 10-da yekunlaşacaq. İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir. Eyni zamanda, Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.

Bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər, magistratura səviyyəsində təhsil alan 1061 nəfər, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2 547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1 939 nəfər və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.

Eyni zamanda portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi

https://azvision.az/redirect.php?url=http://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam