Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil Nazirliyi -tələbələrə və təhsil müəssisələrinə müraciət edib

 

 

Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən  https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq.

Yenixeber.org: Nazirlikdən  verilən məlumata görə, müraciətlər üçün son tarix 10 noyabr 2020-ci il nəzərdə tutulur.

Tələbələrin qeyd edilən tarixədək https://e-telebe.edu.az  elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.

Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az  elektron portalı vasitəsilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam