Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Azərbaycandan böyük həcmdə neft alan altı ölkəyə ixrac baş tutmayıb

 

2021-ci ilin aprel ayında Azərbaycandan 13 ölkəyə xam neft və neft məhsulları ixrac olunub.

Yenixeber.org: Dövlət Gömrük Komitəsindən əldə etdiyimiz məlumata əsasən, idxal həcminə görə İtaliya, İspaniya və Tunis xüsusilə seçilir.

Ümumilikdə ilin dörd ayı ərzində ölkəmizdən 10 milyon 737,8 min ton həcmində (4 milyard 353,1 milyon dollar dəyərində) xam neft və neft məhsulu ixrac edilib.

Ümumi ixrac həcminə nəzər saldıqda, İtaliyaya - 5 milyon 496,8 min ton (2 milyard 210 milyon 533,3 min dollar dəyərində), Hindistana - 845 min 590,5 ton həcmində (346 milyon 185,4 min dollar dəyərində), İspaniyaya 851 min 407,8 ton (332 milyon 430,75 min dollar dəyərində) məhsul satılıb.

Yanvar-aprel ayları ərzində ən çox xam neft və neft məhsulu ixrac etdiyimiz 19 ölkənin siyahısı:

Təkcə aprel ayında isə Azərbaycandan ən çox İtaliyaya - 1 milyon 866 min 424,94 ton, İspaniyaya - 333 min 520,16 ton, Tunisə - 313 min 702,97 ton, Xorvatiyaya - 257 min 696,29 ton, Türkiyəyə - 224 min 825,24 ton, Portuqaliyaya - 138 min 945,7 ton, Tailanda - 138 min 730,62 ton, Ukraynaya - 110 min 475,91, İsrailə - 91 min 763,89 ton, Belarusa - 89 min 140,69 ton, İrlandiyaya - 87 min 840,90 ton, Çexiyaya - 37 min 259,27 ton, Rusiyaya - 82,38 ton xam neft və neft məhsul satılıb.

Aprel ayı ərzində Azərbaycandan böyük həcmdə neft alan ölkələrdən Hindistan, Çin, Böyük Britaniya, Almaniya, Rumıniya və Avstraliyaya ixrac baş tutmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam