Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan ən çox hansı ölklərə məhsul ixrac edib? -SİYAHI

Bu ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard dollar olub və bunun 12%-i və ya 501,5 milyon dolları qeyri-neft sektorunun payına düşüb.
Yenixeber.org: Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon dollar və ya 16,4% artıb.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.
Yanvar-mart ayıarı ərzində Türkiyəyə  163,1 milyon, Rusiyaya 129,8 milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana 38 milyon, ABŞ  isə 18,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 milyon dollar təşkil edib. 2021-cu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə 56,2 milyon dollar ilə liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon dollar) və Gürcüstan üçüncü ( 9,7 milyon dollar) olub.
Bu ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon dollar) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı  (9,7 milyon dollar) üçüncü olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam