Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənilər özünkiləşdirə bilmədikləri abidələrimizə ziyan vurublar -VİDEO

Ermənilər özünkiləşdirə bilmədikləri abidələrimizə ziyan vurublar - VİDEO

"İşğalda ola zaman Qarabağ və ətraf rayonlarda ermənilər yalnız özünkiləşdirə bilmədikləri tarixi abidələrimizə ziyan vurub və dağıdıblar".

Yenixeber.org: Bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

O, əlavə edib ki, mənfur qonşularımız əsasən islamaqədərki dövürlərdə Azərbaycan ərazilərində Alban xristianlığının dini ibadətgahlarını, kilsə, monastr və məbəd komplekslərini özünküləşdirməyə cəhd ediblər: "Buna görə də işğal altında saxladığı müddət ərzində ermənilər tarixi abidələrimizin xarici görünüşünü dəyişib və ya əlavələr ediblər. Lakin özünkiləşdirə bilmədikləri İslam dininə aid olan ibadətgah, ziyarətgah, məscid və məbədlərə ziyan vurublar. Ermənilər işğal etdiyi ərazilərdə xalqımıza məxsus mədəniyyət abidələrimizin, dini məbəd və komlpekslərimizin, məscid və kilsələrimizin xarici görünüşənlərin dəyişikliklər edərək ya özünkiləşdirməyə, ya da tamamilə məhv edərək yer üzərindən silməyə çalışıblar.

Mehman İsmayılov
Mehman İsmayılov

 

M.İsmayılov bildirib ki, işğalçı ermənilərin əsartində olan zaman bu arameilər Qarabağ və ətraf rayonlarda milli mənəvi dəyərlərimizə də ciddi ziyanlar vurublar:

“Qarabağ bizim milli, mənəvi dəyərlərimizi özündə əks etdirən ən zəngin güşələrdən biri idi. lakin ermənilər təkcə bu əraziləri yox, həm də Qarabağda olan maddi və mənəvi dəyərlərimizi də işğal edərək 27-28 il öz əsarətləri altında saxlayıblar. Hətta bəzi mənəvi dəyərlərimizin silinməsi təşəbbüsü də olub. Lakin 44 günlük müharibədən sona Azərbaycanın möhtəşəm qələbəsi onların məkrli niyyətlərini tam şəkildə həyata keçirmək arzularını ürəklərində qoydu”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyatı qurumlar azad olunmuş ərazilərdə infrastrukturun yenidənqurma və abidələrin bərpası işlərini aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam