Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Azərbaycan sənayesi 0,2% artıb

56119202a9cfdc1c326fc51d3c2438ba

2016-cı ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,2 faiz artaraq 23 mlrd. manat təşkil edib.

Xeberinfo.com:   Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb, neft sektorunda isə 0,2 faiz azalıb. Sənaye məhsulunun 65,7 faizi mədənçıxarma, 28,2 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 80,6 faiz olub. Ümumi istehsalın 87,2 faizi sənaye məhsulunun istehsalı, 12,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə aralıq məhsulların istehsalı sahəsində istehsalın ümumi dəyəri 14,2 faiz, istehsal vasitələrinin istehsalında 19,4 faiz artıb, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 0,2 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 0,9 faiz, enerji məhsullarının istehsalı 0,6 faiz azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2016-cı il vəziyyətinə 349,2 mln. manatlıq hazır məhsul olub.
Ehtiyatların 65,5 faizi Bakı, 6,2 faizi Sumqayıt, 4,3 faizi Gəncə, 1,8 faizi Şirvan, 0,2 faizi Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 24,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam