Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanda külək enerjisi istehsalı - 7,5 dəfə artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 711,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Yenixeber.org: Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 9,4% artaraq 101,6 mln. manat təşkil edib.

Ötən dörd ay ərzində Azərbaycanda 8 197,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,4% çoxdur.

Elektrik enerjisinin 434,5 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 16,4% azdır.

Enerji istehsalının 7 435,2 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin dörd ayının göstəriciləri ilə müqayisədə 5,9% çoxdur.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 40,5 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin dörd ayının göstəriciləri ilə müqayisədə 7,5 dəfə çoxdur.

Bu ilin dörd ayı ərzində ölkədə 7,5 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 33,6% azdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam