Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Azərbaycanda qeyri-neft sənayesi artdı

Azərbaycanda qeyri-neft sənayesi artdı

 

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənayenin qeyri-neft sektoru ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb, neft sektoru isə 5,9 faiz azalıb

 

Yenixeber.org: Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Bu dövr ərzində Azərbaycanda sənaye istehsalı (sənaye xarakterli məhsul istehsalı və xidmətlərin həcmi) 32 milyard manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 23,1 faiz çoxdur. Sənaye sahəsində özəl sektorun payı 79,9 faiz təşkil edib.

Hesabat dövründə hasilat sənayesində istehsalın həcmi 70 faiz xüsusi çəki ilə 15,3 milyard manat təşkil edib (il ərzində 6,4 faiz azalma).

Hesabat dövründə 32,2 milyon ton neft istehsal olunub, təbii qazın hasilatı isə 15,1 milyard kub metrə bərabər olub.

Qeyd olunan dövrdə Azərbaycanda neft istehsalı 2016-cı ilin ilk on ayı ilə müqayisədə 7,2 faiz, qaz istehsalı isə 2,6 faiz azalıb.

Emal sənayesində hesabat dövründə 7,95 milyard manat həcmində (ümumi sənaye istehsalının 24,8 faizi) məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azdır.

Bu sahədə ən böyük artım əczaçılıq sahəsində qeydə alınıb – 2,4 dəfə. Rezin və plastik məmulatlar istehsalı 89,1 faiz, toxuculuq sənayesi 68,4 faiz, elektrik avadanlığı istehsalı 59,9 faiz artıb.

2017-ci ilin yanvar-oktyabr aylarında elektrik enerjisi, qaz və buxar paylanması və təchizatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, su təchizatı, tullantıların emalı və təmizlənməsi 0,9 faiz azalıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam