Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ÜST qlobal xəbərdarlıq mərkəzi yaratdi-pandemiyalara qarşı

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcəkdə baş verə biləcək pandemiyaların qarşısının alınması məqsədilə qlobal xəbərdarlıq mərkəzi yaradıb.

Yenixeber.org: Epidemioloji İntellekt üzrə ÜST-Mərkəzi Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərəcək epidemioloji proseslərin izlənməsi, məlumatların toplanması və dəyərləndirilməsi üzrə qlobal mərkəz olacaq. ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası böyük məlumat boşluğu olduğunu göstərdi və gələcəkdə bütün ölkələr barəsində toplanacaq məlumatlar risklərin qarşısının alınmasına töhfə verəcəkdir. Pandemiyadan çıxarılan nəticələrdən biri də ondan ibarətdir ki, gələcəkdə bu sahədə süni intellekt kimi müasir yüksək texnologiyalar, müxtəlif məlumat mənbələrinin inteqrasiyası və fərqli elm sahələri arasında sıx əməkdaşlıq inkişaf etdirilməlidir.

Berlində fəaliyyət göstərəcək mərkəz dünyanın müxtəlif ölkələrindəki tərəfdaşların təqdim etdiyi məlumatları toplayıb onların analizini aparacaq. Toplanmış məlumatlar əsasında yaradılan modellər sayəsində gələcəkdə epidemioloji proseslərin proqnozu, qarşısının alınması, risklərə qarşı hazırlıq və onların identifikasiyası həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam