Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanla ÜST arasında-Donor Sazişi imzalandı

 

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun təşəbbüsü ilə cari il mayın 4-də keçirilmiş Hərəkatın COVID-19 virusu ilə mübarizəyə həsr olunmuş Zirvə görüşündə bu sahədə Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv dövlətləri üçün Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ianənin ayrıldığını bəyan edib.

Yenixeber.org: Bununla bağlı mayın 11-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən imzalanmış Donor Sazişi Azərbaycan tərəfindən ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı ÜST-nin Baş direktoru Azərbaycan tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmizin səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizəyə yönəltdiyi diqqət və qayğının yüksək qiymətləndirildiyini bildirib.

Tedros Qebreyesus Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, verilmiş qərara görə Azərbaycan Respublikası Prezidentinə ÜST adından dərin minnətdarlığını ifadə edib.

Daimi nümayəndə V.Sadıqov, öz növbəsində, Azərbaycanın ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini vurğulayıb və ölkəsi tərəfindən Təşkilatın qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, pandemiya ilə bağlı ÜST-nin tövsiyələrinin Azərbaycan tərəfindən tətbiq edildiyini nəzərə çatdırıb.

Qeyd edək ki, BMT-nin ixtisaslaşmış qurumu kimi qlobal miqyasda beynəlxalq sağlamlığa cavabdeh olan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq tərəfdaşıdır. Azərbaycanın ÜST ilə əməkdaşlığı Təşkilatın Cenevrədəki baş qərargahı və ÜST-nin Kopenhagendəki Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-nin ölkəmizdə ofisi mövcuddur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam