Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Azərbaycanın 5 milyonluq yardımı -ÜST-ə təqdim edilib

Azərbaycanın 5 milyonluq yardımı ÜST-ə təqdim edilib
Azərbaycanın koronavirusla mübarizə məqsədilə ayırdığı 5 milyon ABŞ dolları məbləğində yardım Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edilib.
Yenixeber.org: Bununla bağlı ÜST-in Baş direktoru Tedros Adhanom Ghebreyesus “Twitter” səhifəsində məlumat paylaşıb.

Baş direktor yardıma görə Azərbaycana təşəkkür edib: "Belə qlobal həmrəylik səhiyyə işçilərinin öz həyati vəzifələrini yerinə yetirmələri, müalicəyə ehtiyacı olan insanlara kömək etmələri üçün səhiyyə xidmətlərinin gücləndirilməsi baxımından olduqca vacibdir".

Qeyd edək ki, Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam