Ermənistanda zəlzələ olub
Bu gün Ermənistanda Yelpin kəndindən 14 km şimal-qərbdə zəlzələ baş verib.
Yenixeber.org: Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yerli vaxtla saat 09:56-da qeydə alınan yeraltı təkanların gücü episentrdə 3 bal təşkil edib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ Ararat vilayətinin Zəngəkatun, Tiqranaşen və Paruyr kəndlərində də hiss olunub.
Yeraltı təkanlar nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.