Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Azərbaycanda -Fulya Öztürklə bağlı film çəkiləcək

Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin və müharibə ilə bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" televiziyasının reportyoru Fulya Öztürk barədə sənədli film çəkiləcək.

Yenixeber.org: "Fulya" adlı ekran əsərinin ssenari müəllifi və rejissoru kinorejissor Tahir Tahirovicdir.

Filmdə F.Öztürkün və müharibə dövründə onunla birlikdə Azərbaycanda, xüsusən də cəbhə bölgəsində çəkilişlər aparan operatorun lentə aldığı və indiyədək yayımlanmayan 11 saatlıq video materiallardan istifadə ediləcək.

Ekran əsərinin çəkilişlərinə bu ilin iyun ayında "CNN Türk"ün İstanbul şəhərində yerləşən baş ofisində start veriləcək, sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam etdiriləcək. Filmin çəkilişləri Şuşada yekunlaşacaq.

Layihə “Azərbaycanfilm” və “DADA Film Prodakşn” birgə istehsalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam