Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbi səbəblərlə əlaqəli təyin edilən əlillik dərəcəsi ləğv edildi -15 nəfərin

Hərbi səbəblərlə əlaqəli təyin edilən 15 nəfərin əlillik dərəcəsi ləğv edildi
 

Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və təkrar əlillik təyinatı aparılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, habelə əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 27 nəfərin komissiya tərəfindən əlilliyinin əyani qiymətləndirilməsi aparılıb.

​​​Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan 15-nin xəstəlik diaqnozlarının əlilliyə əsas vermədiyi, bu diaqnozların onların sağlamlıq vəziyyətlərinə uyğun olmadığ müəyyən edilib.

Həmin şəxslərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir.

Bu dəfəki əyani müayinədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və şuranın üzvü, “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

Aparılan müayinələrdə mühüm prinsip əlillik təyinatlarının şəffaf və obyektiv aparılmasının təmin edilməsi, əsassız təyinatların ləğvidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam