Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Nazirlik pensiya ilə bağlı şikayəti araşdırdı: "Tam əsassızdır"

    

Nazirlik pensiya ilə bağlı şikayəti araşdırdı: "Tam əsassızdır"
"Bəzi sosial media səhifələrində paylaşılan “Əlilliyi olan qızımın pensiyasını kəsiblər ki, yenidən yoxlansın” başlıqlı yazı ilə bağlı nazirlik tərəfindən araşdırma aparılıb. Yazıda Ağcabədi rayon Kəhrizli kənd sakini Ramiz Sarıyevin qızı, 1999-cu ildə doğulmuş Nazpəri Sarıyevaya əlilliyə görə ödənilən aylıq sosial müavinətin dayandırılması barədə əksini tapan şikayəti tam əsassızdır"
 Yenixeber.org: Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, N.Sarıyeva sağlamlıq imkanları məhdudluğa görə 18 yaşı tamam olana qədər aylıq sosial müavinət alıb. 18 yaşı tamam olduğu vaxtdan isə qanunvericiliyə uyğun olaraq ona anadangəlmə xəstəliyi nəzərə alınmaqla avtomatik olaraq cari ilin mart ayında ikinci qrup əlillik təyin olunub.

Qeyd edilib ki, ikinci qrup əlilliyə görə aylıq müavinət təyin olunaraq, vəsait vətəndaşa bankomat vasitəsilə bu günədək tam ödənilib.

"R.Sarıyevlə əlaqə saxlanılarkən o, qızı N.Sarıyevaya birinci qrup əlillik təyin olunmasını istədiyini, buna görə də ikinci qrup əlillik təyinatından narazı qaldığını, jurnalistlə danışarkən isə fikirlərini səhv ifadə edərək, qızına ümumiyyətlə əlillik təyin olunmadığı, müavinətinin dayandırıldığı barədə yanlış məlumat verdiyini etiraf etdi.

R.Sarıyevə onun qızının əlillik vəziyyətinin müvafiq səhiyyə müəssisəsindən daxil olmuş Forma 88 adlanan göndərişdə əksini tapan xəstəlik məlumatları əsas götürülməklə obyektiv şəkildə qiymətləndirildiyi izah olunub", - deyə məlumatda qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam