Ermənistana qondarma "soyqırım"ın anılmasına gedən Senatın sədri və nümayəndə heyəti Qarabağ münaqişəsi ilə bağlı neytrallığı təmin etməlidir.

Yenixeber.org: Bunu Fransa Senatının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule deyib.

Senat üzvü bildirib ki, belə qərəzli və Ermənistan üçün əlverişli mövqe tutulursa, Fransanın Minsk qrupunun həmsədrliyini tərk etməsi daha yaxşı olardı:

"Fransada prezident seçkilərindən bir neçə ay əvvəl, erməni mənşəli fransızların səslərinin ovu davam edir. Diplomatiyamız eləcə də beynəlxalq hüquqa hörmət baxımından təəssüf doğurur."