Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Mehriban Əliyeva Natali Qule ilə görüşüb

 

Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransa Senatının üzvü Natali Qule ilə görüşüb. 

 

"Xeberinfo.com":   AzerTac-a istinadən xəbərə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva senator Natali Quleni Bakıda yenidən görməkdən məmnunluğunu bildirib. Mehriban Əliyeva Natali Qule ilə müxtəlif tədbirlərdə birgə iştirakını xatırlayıb, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğuladı. Birinci xanım Mehriban Əliyeva Natali Qulenin Fransa parlamentinin üzvü kimi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verməsini yüksək dəyərləndirib.

Yenidən ölkəmizə səfərindən məmnun olduğunu söyləyən Fransa parlamentinin deputatı hər gəlişi zamanı paytaxtımızda gördüyü dəyişikliklərin və yeniliklərin onu heyran etdiyini bildirib. Tədbirə dəvətə görə təşəkkürünü bildirən Natali Qule artıq ənənə halı almış Bakı Forumunun mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam