“Maskadan hələ bir nəfər ölməyib” -Həkimdən “nəfəsalaq” deyənlərə etiraz
Havalar isindikcə insanların nəfəs almasının çətinləşdiyini başa düşürük. Amma reallığı qəbul etmək lazımdır. Tək bizdə deyil, dünyada pandemiyadır və hər kəs açıq havada maska taxır. Yoluxma gündəlik 2500-2700 civarındadır. Yoluxma 10 minə qalxsa, həssas dönəmdə maskadan imtina etmək nə dərəcədə uyğundur? Hesab edirəm ki, epidemik vəziyyətə uyğun olaraq maskanın taxılmasına davam etməliyik.
Yenixeber.org: Bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib. Tanınmış həkim açıq havada maska taxılmaması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniyaya etirazını bildirib.
Onun sözlərinə görə, maska taxmaq vacibdir: “İnsanlar maska taxmaq istəmir, bəziləri vaksinasiyadan da yayınmağa çalışır. O zaman pandemiyanı necə aradan qaldıraq? Dünyada bir ildən çoxdur ki, pandemiya vəziyyətidir, bu dövrdə maskadan ölən olub? Maskanın ağciyərə ziyan olduğu deyirlər. Maska ağciyərə daha çox ziyandır, yoxsa koronavirus? Maskadan hələ bir nəfər ölməyib. Amma koronavirusdan ölənlərin sayı dünyada 3 milyona çatır. Məntiq var. Kampaniyanı keçirənlər anlamalıdır, dünyada baş verən hadisələrə baxılmalıdır. Ucuz şou yaratmaq, səhifələrinin reklamı, oxucu kütləsinin çox olması, gündəmə gəlmək üçün bu mövzuları ortaya atırlar. Yaxşı, maska qadağasını qaldırdıq, yoluxmalar artdı. Bu zamanda insanlar xəstəxanalarda yer olmamağına, təcili yardımın gec gəlməsi, laboratoriya analizlərinin gec çıxmasına görə şikayət etməyə başlayacaqlar. Ona görə pandemiya davam etdiyi müddətdə maska taxmaq vacibdir”.
Həkim-infeksionist açıq hava ilə müqayisədə restoranlarda maska taxılmaması məsələnin qabardılmasına da münasibət bildirib.
“Restoranda oturan insan maska ilə yemək yeməyəcək ki? Təbii ki, maskanı çıxarmalıdır. Restoranda ara məsafəsi saxlanılır, əks-epidemik tədbirlərə riayət olunur, orada qayda-qanunlara əməl edilir. Bir maska taxmaq nə qədər problemli məsələdir ki, hələ bunun ziyanını da deyirik.
Pandemiya bitənədək maska taxmaq zərurəti qalmalıdır. COVID-19 hava-damcı infeksiyasıdır, hava ilə keçir. Ona görə bütün dünyada hamı açıq havada maska taxır. Bu, bir ilin təcrübəsi deyil. 1918-1920-ci illərdə dünyada olan İspan qripi pandemiyası zamanı da maska taxmaq məcburi olub. Hətta maska taxmayanları müəyyən məkanlara qoymayıblar. Elmi-praktik cəhətdən sübuta yetirilib ki, maska xəstəlikdən müəyyən qədər qoruyur. Biri var maska taxmayaraq xəstələnirsən, biri də var ki, maska taxaraq özünü xəstəlikdən qoruyursan”.