Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Yağışdan sonra -çaylarda suyun səviyyəsi artıb

Ötən gün ərzində bəzi yerlərdə intensiv yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-40 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 116 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla normanın 62 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 32 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 38 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil edir ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 316 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 107 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi dəyişməyib və 58 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 22 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 12 santimetr artaraq 150 santimetr olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam