Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Foreign Policy” -ABŞ ordusu Azərbaycanın dronlardan istifadə təcrübəsindən ilhamlanıb

“Foreign Policy”: ABŞ ordusu Azərbaycanın dronlardan istifadə təcrübəsindən ilhamlanıb

“Azərbaycan keçən ilin payızında İkinci Qarabağ müharibəsində Ermənistana qarşı kamikaze-dronlardan istifadə etməklə havada tam üstünlük qazanan zaman ABŞ ordusunun strategiyası aydın oldu: bu yolla düşmən qoşunlarını izləmək və məhv etmək həmişəkindən daha asan olur və daha ucuz başa gəlir”.

Yenixeber.org: Bu fikirlər “Foreign Policy” nəşrində İkinci Qarabağ müharibəsi zamanı pilotsuz uçan aparatlardan (PUA) uğurlu istifadə təcrübəsinə həsr olunmuş məqalədə yer alıb.

Nəşr qeyd edir ki, dünya üzrə döyüş meydanlarına yayılan ucuz, döyüşqabiliyyətli dronlar ilə çox da uzaq olmayan gələcəkdə əsgərlər heç nədən xəbəri olmadan, bir saniyəlik mövqelərindən çıxmaqla ölə bilərlər.

“Tankların, artilleriya mövqelərinin və düşmən canlı qüvvəsinin PUA ilə vurulduğunu əks etdirən videoları görə bilərsiniz”, - polkovnik Skott Şou deyib.

Onun sözlərinə görə, Azərbaycan keçən ilin payızında Ermənistanı məğlub etdikdən sonra məlum olub ki, ABŞ Silahlı Qüvvələri artıq Çin kimi rəqiblərə qarşı inkaredilməz hava üstünlüyünə sahib olmayacaq, üstəlik, daha kiçik ölkələr ən müasir və hörmətli hərbi-hava texnikası əldə edə biləcək.

Məqalədə qeyd olunur ki, ABŞ-ın müdafiə planlaşdırıcıları artıq bu istiqamətdə irəliləyir, müharibədə PUA-lardan istifadəni fəal şəkildə öyrənir. Sabiq müdafiə katibi Mark Esper pilotsuz gəmilərin araşdırılması və hazırlanmasına daha çox sərmayə qoyaraq 355 gəmidən ibarət hərbi-dəniz donanmasının yaradılması hədəfinə çatmağa can atırdı. Hələlik Bayden administrasiyasının donanmanın gələcək miqyası və tərkibinə necə yanaşacağı bəlli deyil, lakin bu ay Hərbi Dəniz Donanması və Dəniz Piyadaları Korpusu pilotsuz sistemlərin istifadəsi üzrə yol xəritəsi yayımlayıb.

Məqalə müəllifinin fikrincə, PUA-lar getdikcə daha ölümcül hal alırlar. Şou qeyd edib ki, dronlar getdikcə daha çox hava tanklarına – sarsıdıcı zərbə endirmək qabiliyyətli uçan zirehli vəhşiyə bənzəyəcək. “PUA-ların məhv edilməsi çətin, düşmənin canlı qüvvəsinin vurulması isə potensial olaraq daha asan olduğundan döyüş sahəsini izləmək də asanlaşır. Bu o deməkdir ki, iyirmi ildən çoxdur kamuflyaj rəngini dəyişdirməyən ordu aşkarlanmanın qarşısını almaq üçün yeni yollar tapmalıdır”, - S.Şou vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam