Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Böyük Britaniya da dronlar almaq istəyir

Britaniya hərbçiləri Azərbaycanın Qarabağ konfliktində Ermənistan üzərində qələbə qazanmaq üçün dron texnologiyasından istifadəsini uğurlu sayaraq, yeni PUA proqramının reallaşdırılmasına başlayıblar.

Yenixeber.org: Bu barədə “Qardian” yazıb.

Qəzetin yazdığına görə, Britaniya Müdafiə Nazirliyinin nümayəndələri hesab edirlər ki, payız müharibəsi dövründə Azərbaycanın daha ucuz türk pilotsuz təyyarələri ermənilərə qarşı mübarizədə həlledici rol oynayıb və onları Qafqaz bölgəsindəki ərazilərə nəzarəti itirməyə məcbur edib.

Bildirilib ki, Böyük Britaniya ölümcül PUA-ların çoxalma riski barədə xəbərdarlıqlara baxmayaraq, 2021-ci ilin əvvəlində ictimaiyyətə açıqlanacaq beş illik müdafiə planının bir hissəsi olaraq daha ucuz pilotsuz təyyarələr almaq istəyir.

Bu ayın əvvəlində İngiltərənin müdafiə naziri Ben Wallace, Türkiyənin TB2 pilotsuz təyyarələrinin digər ölkələrin indi "liderliyi ələ aldıqlarına" bir nümunə olduğunu söyləmişdi.

O əlavə etmişdi ki, bu pilotsuz təyyarələr "yüzlərlə zirehli texnika və hətta hava hücumundan müdafiə sistemlərinin məhvinə görə məsuliyyət daşıyırlar", baxmayaraq ki, onların Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu canlı qüvvə vurduqlarını göstərən video-sübutlar da var.

Analitiklərin qiymətləndirmələrinə görə, Baykar Makina tərəfindən istehsal olunan TB2 dronları hər biri 1-2 milyon dollara başa gəlir. Eyni zamanda, Britaniya hərbçiləri Amerikanın General Atomics şirkəti tərəfindən istehsal olunan 16 yüksək səviyyəli yeni nəsil Protector pilotsuz təyyarələrinin partiyasını alıblar - hər birini 20 milyon dollara.

TB2 pilotsuz təyyarələrinon uçuş məsafəsi daha qısadır-150 km-ə qədər, lakin 24 saata qədər havada qala bilərlər. Ucuz olduqları üçün, ordu döyüşlərdə onların bəzilərini itirməyi özünə rəva görə bilər və bunu böyük itki hesab etməz.

Türk TB2 pilotsuz təyyarələri bölgədəki hərbi tarazlığı sürətlə dəyişdirir və kürd müxalifətinə zərbə vurmaq üçün həm ölkə daxilində, həm də onun hüdudları xaricində, eləcə də Liviyada ölkədəki vətəndaş müharibəsi zamanı fəal şəkildə istifadə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam