Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vəkillər prezidentə cinayət işinin açılmasını tələb edirlər

Ermənistanda 50-dən çox vəkil Baş prokurorluğa müraciət edərək prezident Armen Sarkisyana cinayət işinin açılmasını tələb edib.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bu barədə Vəkillər Palatasının sədri Ara Zöhrabyan “Facebook” hesabında məlumat yayıb.

Buna səbəb prezident Armen Sarkisyan tərəfindən ikili vətəndaşlıq faktının gizlədilməsidir.

Məlumatda vurğulanıb ki, Armen Sarkisyan 2003-2012-ci illərdə 10 ilə yaxın Britaniya vətəndaşlığına sahib olub. 2018-ci ildə Ermənistan qanunlarını pozaraq prezident seçilib. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Hüquqşünaslar Palatasının rəhbəri bildirib ki, Sarkisyanın Britaniya vətəndaşlığı yalnız 2012-ci ilin noyabrında qüvvədən düşüb, Sarkisyan isə 2 mart 2018-ci ildə seçilib. Konstitusiyaya əsasən, Britaniya pasportu 1 mart 2012-dən gec olmayaraq ləğv edilməli idi. Bu əsasda vəkillər cinayət işi başlamaq üçün nəzarət orqanına müraciət ediblər. Müraciəti 53 vəkil imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam