Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

MTX və Baş prokurora müraciət edildi-Sarkisyana cinayət işinin açılması ilə bağlı

 

Sarkisyana cinayət işinin açılması ilə bağlı MTX və Baş prokurora müraciət edildi
Yenixeber.org: Ermənistanda aprelin 9-də Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts Ermənistan prezidenti, Respublika partiyasının lideri Serj Sarkisyanın barəsində cinayət işinin açılması ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin başçısına və Baş prokurora müraciət edib.
Bu barədə hüquq müdafiəçisi özünün sosial şəbəkədəki səhifəsində bəyanat yayıb. O, qeyd edib ki, S. Sarkisyan 2005-2018-ci ildə prezident vəzifəsində işlədiyi müddətdə konstitusiyanın veridiyi səlahiyyətlərdən sui-istifadə edib, cinayətkar siyasətini konstitusiya normalarını daima, kobudcasına pozaraq həyata keçirib.

“Bu siyasət nəticəsində, 2008-ci il martın 1-də qətlə yetirilən 10 nəfər barəsində istintaq aparılmayıb və dinc nümayişçilərə qarşı qanunsuz güc tətbiq edən şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb edilməyib. 10 il ərzində Ermənistanın xarici borcu 1.5 milyard dollardan 7 milyard dollara qədər artıb. Rəsmi məlumatlara görə, ən azı 350 000 vətəndaş ölkədən biryolluq mühacirət edib, Ermənistanda demoqrafik vəziyyət pisləşib”.

Hüquq müdafiəçisi həmçinin qeyd edir ki, 2008 və 2012-ci illərdə keçirilən prezident seçkiləri, 2012 və 2017 ci illərdə keçirilən parlament seçkiləri saxta olub: “Bundan başqa Ermənistan vətəndaşları siyasi baxışlarına görə qanunsuz cinayət təqibinə məruz qalıb. Düşünürəm ki, Serj Sarkisyanın atmosferin boğucu olması ilə bağlı şəxsi etirafını, Ermənistan Respublikasının vətəndaşları barəsində qanunsuz açılan cinayət işləri nəzərə alınmaqla, qanun qarşısında vətəndaşların eyni məsuliyyət prinsipindən çıxış edərək tələb edirəm ki, Ermənistan vətəndaşı Serj Sarkisyan cinayət məsuliyyətinə cəlb edilsin. Mənim, uşaqlarımın və ailəmin sağlam ətraf mühitdə yaşamaq haqqında konstitusiya hüququ bərpa edilsin”-deyə, Sakunts bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam