Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Dünya bizi anlamır, biabırçı məğlubiyyətə uğramışıq” -Ara Saqatelyan

“Dünya bizi anlamır, biabırçı məğlubiyyətə uğramışıq” -  Ara Saqatelyan
"Bu gün ölkəmizdə heç kim gələcək barədə danışmır. Çünki qanunsuz bir hökumətimiz var və müharibədə biabırçı məğlubiyyətə uğramışıq”.
Yenixeber.org: Bunu Ermənistan parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan mətbuata müsahibəsində deyib.

O hesab edir ki, hakimiyyət insanları aldatmasaydı, maddi-texniki təchizat, idarəetmədə dəhşətli səhvlər olmasaydı, "layiqli" şəkildə məğlub olardılar. Baş nazir istefa verməli idi ki, bu da ölkə üçün yaxşı olardı. Amma bunlar baş tutmadı:

"Dünya bizi anlamır. Siyasi məsuliyyətin olmaması üzündən hər gün bütün dünya üçün daha çox papuaslı ( Papuaslar Yeni Qvineya adasının və İndoneziyanın bəzi rayonlarının ən qədim əhalisidir - red) oluruq. Kölgəli ədalət bu ölkədə heç vaxt belə vəziyyətdə olmamışdı. Bu gün uşaqlarımızın gələcəyini satırıq".

Həbsinə toxunan Saqatelyan bunun siyasi sifariş olduğunu söyləyib: “Ölkəmizin baş naziri vəzifəsini daşıyan bir şəxsin qərar qəbul etmə mexanizmi yoxdur. Hər şeyi instinktiv olaraq edir. Həbs olunmağımın səbəbi onun bir gün əvvəl çox içki içməsi və pis əhval-ruhiyyəsi ola bilər. Bu ölkəni belə şəxs idarə edir. Ona görə də bu gündə yaşayırıq".

Saqatelyan evindən və iş yerindən müsadirə olunan şəxsi əşyalarının hələ də geri qaytarılmadığını söyləyib.

Xatırladaq ki, bu ilin fevral ayında İrəvan məhkəməsi Saqatelyan barəsində həbs qətimkan tədbiri seçmişdi. O, Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı. Saqatelyan sosial şəbəkələrdə saxta hesablardan baş nazir Nikol Paşinyan və digər rəhbər şəxslər barədə tənqid və təhqir, icazəsiz məlumatlar yaymaqda günahkar bilinirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam