Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ermənistan müxalifətinin “baş naziri” İlham Əliyevin Moskva görüşündə qələbəsini etiraf edir -TƏHLİL

 

Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfər qazanmasını Ermənistan hərbi-siyasi dairələrinin həzmindən keçmir.

Yenixeber.org: Azərbaycanın döyüşlərdə yeni nəsil müharibə taktikalarından istifadə etməsi, hərbçilərimizin cəsarətlə ölümün gözünə dik baxmaları dünya mətbuatında da müzakirələrə yol açır, bu isə vaxtı ilə müdafiə xətlərinin keçilməz olduğunu düşünən Ermənistan üçün ikinci ağır zərbədir.

Müharibədə biabırçı məğlubiyyətə görə Ermənistanda günah keçisi axtarmaq üçün “ov mövsümünə” start verilib.

Ermənilərin müzakirələr platformasında qarşılıqlı ittihamlar gah əvvəlki hakimiyyətlərin, gah da hazırki hökumətin siyasi qapılarını döyür.

Baş nazir Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə özündən əvvəlki hakimiyyətləri təqsirləndirir, müxalifət isə Paşinyanın özünü məhşər ayağına çəkir.

Bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Mikael Ambardzumyan da Paşinyan əleyhinə analoji ittihamlar səsləndirmişdi.

O, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyanın oktyabr ayında iclas zamanı Paşinyana hökm sürən vəziyyəti, perspektivi və birbaşa olaraq məğlubiyyətə doğru getdiklərini çox ətraflı şəkildə təqdim etdiyini deyib.

“Müharibə əməliyyatlarını dayandırmaq barədə təklif var idi, David Tonoyan (o zamankı müdafiə naziri) da eyni fikirdə idi”, - deyə Ambardzumyan bildirib.

Keçmiş baş “çekist”lə Manukyan çəkici eyni yerə vurur

Hazırda Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan Paşinyanın Qarabağda döyüşlər gedərkən cəbhədə nə baş verdiyini yaxşı dərk edə bilmədiyini, ona görə də müharibəni vaxtında dayandırmadığını və beləliklə də əsas mövqeləri saxlamaq şansını əldən verdiyini deyib.

Vazgen Manukyan ittihamlara yeni rəng də qatıb, deyib ki, rəngli inqilablar axınında hakimiyyətə bacarıqsız, şəriştəsiz adamlar gəlir, ancaq rəhbərlik etmək funksiyasını yerinə yetirə bilmirlər.

O, birinci Qarabağ müharibəsində Azərbaycanda da eyni vəziyyətin yarandığını bildirib. Manukyan Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin buraxdığı səhvlər ucbatından Azərbaycanın torpaqlarını itirdiyini diqqətə çatdırıb.

Onun dediklərindən bu nəticəni çıxarmaq olur ki, “narıncı inqilab” nəticəsində hakimiyyətə gələn Paşinyanın ötən müddətdə işi cəmiyyətdə ayrı-seçkilik salmaq olub və ona bəslənən ümidləri puça çıxarıb.

Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşündə Azərbaycan ikinci qələbəni qazanıb.

Bu barədə erməni nəşrləri də ekspertləri də bəyan edirlər. Elə baş nazir postuna namizəd Vazgen Manukyan da Azərbaycan Prezidenti İlham Əliyevin post-müharibə dövründəki diplomatik masada qələbə qazandığını etiraf edir.

Manukyan da bildirir ki, Moskva görüşündə Ermənistan heç nə qazanmadı, Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə etdi:

“Bu üçtərəfli danışıqlar zamanı biz heç bir şey əldə etmədik. Azərbaycan isə ehtiyac duyduğunu aldı”,-deyə Manukyan qeyd edir.

Azərbaycanın istər döyüş meydanında, istərsə də diplomatiyada ardıcıl qələbələri Ermənistanda xof yaradır. Buna görə də Manukyan deyir ki, hazırda Ermənistan üçün revanşizmin, döyüşməyin mənası yoxdur.

“Ermənistan hücuma deyil, müdafiəyə hazır olmalıdır”, - deyə Manukyan söyləyir.

Qısa ARAYIŞ

74 yaşlı Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparmış şəxslərdən biridir. O, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-1993-cü illərdə Ermənistan müdafiə naziri postlarını tutub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam