Ermənistan və erməniliyin müdafiəsi üçün zaman yetişib.

Yenixeber.org: Bunu Ermənistan parlamenti aparatının keçmiş baş katibi Ara Saqatelyan deyib.

“Hakimiyyətin “hədəf vasitəyə haqq qazandırır” yanaşması yaxın aylarda geri dönüşü mümkün olmayan situasiya yarada bilər. Nəticədə biz qapalı dairəyə düşəcəyik. Buradakı şəraitdə isə bizim milli maraqlarımızı - sosial-məişət tələblərindən milli təhlükəsizliyə qədər - reallaşdırmaq çətin olacaq”, – deyə o bildirib.