Bu gün -Əfv Komissiyası yeni müraciətlərə baxacaq
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Yenixeber.org: Iclasda əfvlə bağlı yeni müaraciətlərə baxılacaq.
Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 7 iclası keçirilib və daxil olan müraciətlərin 750-dən çoxuna baxılıb.
İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.