Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsraildən gələn həkimlər qazimizə protez göz köçürdü -FOTO

Vətən müharibəsi dövründə yaralanaraq gözünü itirən Nuralı Abdullayevə İsraildən olan tibbi heyət tərəfindən müalicə xidməti göstərilib.

Yenixeber.org: Bu barədə feysbukda “Azərbaycanda İsrail - Israel in Azerbaijan” səhifəsində məlumat verilib. 

“İlk gün, vaxt itirmədən: bu gün İsrail həkimləri ilk xəstələrini müalicə etdilər. Nuralı Abdullayev müharibə zamanı gözünü itirib və üzü deformasiyaya uğrayıb, amma bu gün o, İsraildən gətirilən protez gözə sahib oldu. Onun kimi onlarla digər azərbaycanlı artıq müalicə alıb. Qəhrəman həkimlər dayanmadan çalışırlar”,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam