Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qripdən daha bir nəfər öldü-Gürcüstanda

 

Tbilisidə 26 yaşlı gənc qadın qrip virusunun qurbanı olub. O, Tbilisidəki Quduşauri Milli Tibbi Mərkəzində müalicə edilirdi.

Yenixeber.org: Bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, qadın bir neçə gün öncə dünyaya uşaq gətirib. Hələlik onun H1N1 (donuz qripi) virusundan ölməsi laboratoriyada təsdiq edilməsə də, həkimlər qadının qripdən müalicə olunduğunu bildiriblər.

Xatırladaq ki, Gürcüstanda son bir ayda 15 nəfər donuz qripindən həyatını itirib. Mütəxəssislərin fikrincə, onların ölümünə əsasən həkimə gec müraciət etmələri səbəb olub.

Gürcüstanın səhiyyə naziri David Sergeyenko bildirib ki, bu gün ölkə xəstəxanalarında 640 nəfər qrip virusundan müalicə alır. Onlardan 42-si reanimasiya şöbəsindədir. Həmin xəstələrin müalicə xərclərini dövlət öz üzərinə götürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam