Redaktor seçimi
Cavanşir Feyziyevin 39 milyon funt sterlinqlik əmlakına həbs qoyulub -
“Siyasi mühacir” alverindən YENİ XƏBƏR:
Pandemiyadan pandemiyaya - 
Biznesmen Qulam Ələkbərovun biznesmen kürəkəni Anar Məmmədov Milli Məclisdə necə yer alıb? -
Direktor Gülnaz Dadaşovanın qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... -
"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı -
Şin çayının sahilbərkitmə işlərinə ayrılan milyonlar mənimsənilib -
Mark pulumuzu necə “oğurlayır” –
Günün xəbəri

Fazil Məmmədov “American Hastanesi”nə yerləşdirilib

  Sabiq nazirin həkimi: “Normal, sağlıqlıdır...”

Yenixeber.org: 2 ay əvvəl Gəncədəki xəstəxanaya yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədov ölkədən müalicə adı ilə çıxıb. Onun Türkiyəyə, oradan isə ABŞ-a aparılması xəbəri yayılıb. Vəzifədən çıxarılandan sonra Fazil Məmmədovun  səhhətində ağırlaşmalar baş vermişdi və onu bu ilin aprelində Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirmişdilər. Fazil Məmmədovun həmin xəstəxanada bir neçə xəstəlikdən müalicə olunduğu bildirilirdi. Qeyd olunurdu ki, Fazil Məmmədov nazir olduğu dönəmdə hər ay həkim nəzarətində olub. Yayılan son məlumatlar da əvvəl yazıqlarımızı təsdiqləyir.
“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”. Bu sözləri modern.az-a uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçer söyləyib.

Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasında “American Hastanesi”nə yerləşdirilib.
F.Məmmədovun qohumlarının “APA-Economics”ə verdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.
Hazırda sabiq nazir “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.
Qeyd edək ki, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı Gəncədəki xəstəxanaya yerləşdirilmişdi. Həmin xəstəxananın Fazil Məmmədova məxsus olması haqda bu günə qədər təkzib edilməyən məlumatlar var. Bildirilirdi  ki, onun müalicəni Türkiyədən və İsraildən çağırılan həkimlər həyata keçirirlər. Fazil Məmmədov hələ nazir olduğu dövrdən həmin həkimlərin nəzarətində imiş. Ölkədən çıxışı yasaq olunduğundan Fazil Məmmədov həmin həkimlərin qəbuluna gedə bilmir deyə, həkimlər xüsusi təyyarə reysləri ilə Gəncəyə gəlib onu müalicə edirlər. Fazil Məmmədov Azərbaycanda olduğu dövrdə belə iddialar da vardı ki, sağlıq durumunun ağırlaşması və xəstəxanaya yerləşdirilməsi onun ölkədən çıxmaq istəyi ilə əlaqədar olub. Bildirilirdi ki, Fazil Məmmədov xəstəliyini qabartmaqla ölkədən çıxışına olan qadağanı aradan qaldırmağa can atıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam