Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran İsrailin gəmisinə hücum etdi -DƏHŞƏTLİ PARTLAYIŞ

İran İsrailin gəmisinə hücum etdi - DƏHŞƏTLİ PARTLAYIŞ

İsrailin Baş naziri Binyamin Netanyahu İranı Oman Körfəzində ölkəsinə məxsus “Helios Ray” gəmisinə hücum etməkdə günahlandırıb.

Yenixeber.org: TASS xəbər verir ki, baş nazir bunu KAN dövlət radiosunun efirində səsləndirib.

“Şübhəsiz ki, bu, bir İran əməliyyatı idi. Hər şey aydındır. İran İsrailin əsas düşmənidir və mən bunu dayandırmaqda qətiyyətliyəm”, - “Times of Israel” hökumət başçısının açıqlamasından sitat gətirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden ilə söhbətində Amerika liderini İsrailin İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyinə inandırıb: “İranın müqavilə ilə və ya razılaşmadan nüvə silahları olmayacaq. Bunu da dostum Baydenə dedim”.

Qeyd edək ki, ötən həftənin cümə günü İngiltərənin Dəniz Ticarət Təşkilatı Oman Körfəzi sahillərində bir gəmidə partlayış olduğunu açıqlamışdı.

“Röyters” dənizin təhlükəsizliyi ilə məşğul olan İngiltərənin “Dryad Global” şirkətinə istinad edərək Səudiyyə Ərəbistanının Dammam limanından Sinqapura yola düşən “Helios Ray” gəmisindən bəhs edildiyini bildirib. Agentliyin məlumatına görə, gəmi Təl-Əvivdə yerləşən bir şirkətə məxsusdur və nəqliyyat vasitələrinin daşınması üçün istifadə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam