Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Bu ölkə ABŞ təyyarələrinin ərazisində uçuşuna qadağa qoydu

 

Böyük Britaniya ABŞ-ın “United Airlines” şirkətinə məxsus “Pratt & Whitney PW4000-112” mühərrikləri ilə işləyən “Boeing 777” təyyarələrinin öz ərazisində uçuşlarını qadağan edib.

Yenixeber.org: “The Telegraph” xəbər verir ki, bunu Britaniyanın Nəqliyyat naziri Qrant Şepps deyib. Qadağanın Kolorado ştatında baş verən təyyarə qəzası ilə bağlı tətbiq edildiyi bildirilir.  Qeyd olunur ki, qadağa müvəqqəti olacaq:

“Vəziyyəti nəzarətdə saxlamaq üçün Mülki Aviasiya İdarəsi ilə yaxından əməkdaşlığı davam etdirəcəyik”, - britaniyalı nazir vurğulayıb.

Qeyd edək ki, fevralın 20-də Denverdən Honoluluya uçan “United Airlines” hava yollarına məxsus təyyarə uçuşdan yarım saat sonra təcili eniş edib. Belə ki, təyyarənin mühərriki qəfildən alışaraq yanıb, onun metal hissələri isə yaşayış sahələrinə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam