Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Koçaryanın məhkəmə dinləməsi -təxirə salınıb

Koçaryanın məhkəmə dinləməsi təxirə salınıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəmə dinləməsi martın 2-dək təxirə salınıb.

Yenixeber.org: Baş nazirin müavini Armen Gevorkyanın vəkili Erik Aleksanyan iclasa gəlmədiyi üçün dinləmə təxirə salınıb.

Qeyd edək ki, iyunun 18-də məhkəmə 4 mln ABŞ dolları məbləğində girov qarşılığında Robert Koçaryanın azadlığa buraxılması barədə qərar qəbul etmişdi.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Hadisə ilə bağlı keçmiş prezident Robert Koçaryanla yanaşı, baş nazirin keçmiş müavini Armen Gevorkyan, keçmiş müadiə naziri Seyran Ohanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov da ittiham olunurlar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam