Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Zəngilan və Ağdamda düşmənin atıb qaçdığı -silah-sursat aşkarlanıb

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yenixeber.org: DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Rəzdərə kəndi ərazisində xidmətdə olarkən oradan düşmənə məxsus 1 ədəd PKM pulemyotu, 1 ədəd RPQ-7 qumbaraatanı və 9 ədəd mərmi, 2 ədəd 120 mm-lik və 8 ədəd 82 mm-lik minaatan mərmiləri, 800 ədəd güllə və 400 kiloqram partlayıcı maddə aşkar edərək götürüblər.

Bundan əlavə polis əməkdaşları rayon ərazisindən 2 ədəd PKM pulemyotu, 4 ədəd avtomat, həmçinin bu silahlara məxsus 2400 ədəd müxtəlif çaplı güllə, 1 ədəd RPQ-7 qumbaraatanı, 2 ədəd mərmi, və 4 ədəd F-1 əl qumbarası aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları da rayonun işğaldan azad edilmiş Güllücə kəndi ərazisində xidmətdə olarkən orada içərisində Ermənistan ordusuna məxsus 447 ədəd avtomat patronu və rabitə vasitələri aşkar edərək götürüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam