Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

EVİNDƏN DÖYÜŞ SURSATLARI AŞKARLANDI-XIZIDA

 

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Kamal Əhədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patronlar, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam