Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xaçmaz rayonunda - silah-sursat aşkar olunub

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Niyazabad kəndi ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Xaçmaz  RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən 6 ədəd üzərində partladıcısı olmayan F-1 əl qumbarası, 361 ədəd 7.62 mm-lik, 96 ədəd 5.45 mm-lik, 16 ədəd 9 mm-lik, 7 ədəd 12.7 mm-lik və 14.5mm-lik patronlar aşkar olunub.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam