Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İki ali təhsil müəssisəsi -akkreditasiyadan keçib

İki ali təhsil müəssisəsi akkreditasiyadan keçib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti"nə və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası”na müvafiq şəhadətnamələr təqdim edilib.

Yenixeber.org: Agentliyin təşkilatçılığı ilə Təhsil Naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq “Yekun Hesabatlar” hazırlanmış və bu hesabatlar Azərbaycan Respublikasının Təhsil Nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilmişdir. “Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli qərarı” ilə yuxarıda qeyd olunan ali təhsil müəssisələri növbəti beş (5) il müddətinə akkreditasiya olunmuşdur.

Qeyd edək ki, akkreditasiya Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam