Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

3 ali məktəbin akkreditasiyanın müddəti başa çatıb

tehsil_nazirliyi

Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti, Bakı Biznes və Naxçıvan Özəl universitetlərinin akkreditasiya müddəti başa çatıb.

Xeberinfo.com:  Bu ali təhsil müəssisələrinin yenidən akkreditasiyadan keçirilməsi üçün Təhsil Nazirliyində müvafiq Akkreditasiya komissiyaları yaradılıb. Həmin komissiyalar sözügedən müəssisələrdə təhsil prosesinin təşkilinin, onların maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə təhlillər aparacaqlar.

Komissiyaların yekun arayışı Akkreditasiya Şurasında müzakirə olunacaq və təhsil müəssisəsinin statusunu müəyyənləşdirməklə onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, ali təhsil müəssisələri yalnız müvafiq dövlət standartlarının tələbləri çərçivəsində akkreditasiyadan keçdikdən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərə bilərlər. (Lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam